Son 10 il ərzində Azərbaycanın turizm sektoru investisiya «bum»u yaşayıb: mehmanxana potensialı 2,5 dəfədən çox artaraq 520 obyektə çatıb və bu proses davam edir. Bu barədə Azərbaycan Turizm Assosiasiyası (AZTA) İdarə Heyətinin sədri Nahid Bağırov «Rossiyskaya qazeta»ya müsahibəsində deyib.
AZTA rəhbəri bildirib ki, demək olar ki, hər ay yeni mehmanxana obyektləri istifadəyə verilir. Bu potensial artıqlaması ilə daxili tələbatı ödəyir. Eyni zamanda xaricdən gələn turist axınının illik artım perspektivi nəzərə alınarsa, onda hotel tutumunu artırmaq zəruridir: “Söhbət üç-dörd ulduzlu mehmanxanaların azlığından, xidmətin səviyyəsindən və qiymətlərdən gedir. Bu mehmanxanaların ümumi turist axınında payı 70 faizə çatır. Qiymətlərə gəlincə, Avropanın özündə üç-dörd ulduzlu mehmanxanalarda qalmaq günü 50-70 avroya başa gəlir».
Assosiasiya sədri qeyd edib ki, son vaxtlar Bakıda mehmanxanaların sayının artması və sektorda rəqabət pozitiv dəyişikliklərə də yol açır: “Məsələn, beşulduzlu mehmanxanalarda qiymətlər son dərəcə yüksək idi. Bu, orta hesabla 300 avrodan başlayırdı. Dünyanın məşhur hotel brendlərinin paytaxta cəlb edilməsi və 2011-2013-cü illərdə 8 lüks hotelin tikintisi vəziyyəti kökündən dəyişdirdi».
Həmsöhbətimin sözlərinə görə, hazırda paytaxtın beşulduzlu hotellərində qiymətlər 120-150 avrodan başlayır ki, bu da ümumilikdə dünya brendlərinə uyğun gəlir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar