Bu il görkəmli şair, Azərbaycan ədəbiyyatında realizmin görkəmli nümayəndəsi, maarifçi realist satiranın banisi Qasım bəy Zakirin (1784-1857) anadan olmasının 240 illiyidir.

Bu münasibətlə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında videoçarx hazırlanıb.

Kitabxananın “Yubileylər silsiləsi” layihəsi çərçivəsində ərsəyə gətirilən videoçarxda şairin həyat və yaradıcılığı, onun Azərbaycan ədəbiyyatında yeri, xatirəsinin əbədiləşdirilməsi haqqında məlumat verilir.

Videoçarxı kitabxananın yutub kanalında izləmək mümkündür: https://www.youtube.com/watch?v=C79kYWSzqzk