Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə «Gənclərin təhsil, təlim, peşə və inkişaf mərkəzi» İctimai Birliyinin nümayəndəsi Aslan Qasımovun həyata keçirdiyi layihə üzrə «Turizmin təbliğat strategiyası» mövzusunda gənclərin elmi-praktik konfransı təşkil olunub. Konfransda AMEA-nın gənc alimləri və paytaxtın ali məktəblərinin tələbələri iştirak ediblər. İştirakçılar Azərbaycan turizminin təbliğat formaları, daxili turizmin inkişaf istiqamətləri, beynəlxalq tədbirlərin turizmin inkişafına təsiri, suvenir məhsulları təbliğat forması kimi, turizmin marketinqi, turizmin hüquqi aspektləri, turizmdə kadr hazırlığı və s. mövzularda məruzələr ediblər. Mövzular ətrafında müzakirələr aparılıb, təkliflər irəli sürülüb. Sonda məruzəçilər sertifikatlarla təltif olunub.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar