Mayın 5-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində «ATM-2014» beynəlxalq turizm sərgisi işə başlayıb. Ayın 8-dək davam edəcək sərgidə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərliyi ilə ölkəmizin nümayəndə heyəti də iştirak edir. Heyətə nazirliyin əməkdaşları, “SW travel”, «Millennium tourism», «Gilan tourism», «The Tour», «Xəzər travel», «Eurotourism», «Geo travel», «Matrix Oasis» şirkətlərinin, «Chinar Hotel and Spa Naftalan», «Rixos Quba” və «Excelsior” hotellərinin nümayəndələri, Dövlət Mahnı və Rəqs Ansamblının rəqs qrupu daxildir.
Sərgidə respublikamızın turizm imkanları 50 kv. m sahədə nümayiş olunur. Stendimizi ziyarət edənlərə ingilis və ərəb dillərində müxtəlif növ reklam-çap məhsulları ilə təqdim olunur, Azərbaycan turizmi haqqında məlumat verilir. Tədbir çərçivəsində müxtəlif işgüzar görüşlər keçirilir.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri 2004-cü ildən etibarən Dubay sərgisində iştirak edir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar