Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə həyata keçirilən “Qonağımız var” layihəsi musiqili görüşlərlə davam edir.
Layihə çərçivəsində Xətai rayon Heydər Əliyev parkında tanınmış estrada müğənnisi Xatun Əliyevanın konserti keçirilib.
Konserti şəhid ailələrinin üzvləri, rayon ağsaqqalları, Heydər Əliyev adına Hərbi İnstitutun kursantları, ictimaiyyət nümayəndələri izləyiblər.
Əvvəlcə konsertin aparıcısı müğənninin sənət yolu haqqında məlumat verib, onu səhnəyə dəvət edib.
Müğənni repertuarında olan sevilən mahnılarını səsləndirib. Bir-birindən gözəl estrada musiqiləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.