Parlament seçkilərində 6 milyon 421 min 960 vətəndaş səsvermə hüququndan istifadə edə biləcək. Seçicilərimizin səs vermələri üçün bütün şərait yaradılıb.

Bu sözləri parlament seçkiləri ilə əlaqədar keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov söyləyib.

O bildirib ki, Milli Məclisə seçkilər 6478 seçki məntəqəsində keçiriləcək. Onlardan 6343-ü daimi, 135-i isə müvəqqətidir.

***

Parlament seçkilərində deputat mandatı uğrunda 990 namizəd mübarizə aparacaq.

Bunu parlament seçkiləri ilə əlaqədar keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

MSK sədri deyib ki, təsdiq olunanlardan qeydiyyata alınanların 305 nəfərinin namizədliyi 25 siyasi partiya tərəfindən, 684 nəfərin namizədliyi öz təşəbbüsü ilə, 1 nəfərin namizədliyi isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb.