Mayın 3-də Azərbaycan Turizm İnstitutunda (ATİ) «Azərbaycanda turizmin inkişafında mehmanxana və restoran təsərrüfatı - problemlər və perspektivlər» mövzusunda elmi-praktik konfrans keçirildi.

ATİ-nin mehmanxana və restoran biznesi kafedrasının təşkilatçılığı ilə keçirilən konfrans ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmişdi.
Tədbirdə çıxış edən ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov ulu öndərin doğma Vətəni və xalqı qarşısında müstəsna xidmətlərindən danışdı, onun gənclər və təhsil siyasətinə daim böyük önəm verdiyini vurğuladı.
Ölkəmizdə turizm sənayesinin ixtisaslı kadrlarla təmin olunmasında və bu sektorun inkişafında ATİ-nin rolundan bəhs edən C.Cəfərov bildirdi ki, ali təhsil müəssisəsi bu sahə üzrə elmi-praktik konfransların təşkilinə hər zaman diqqət ayırır.
Mehmanxana və restoran biznesi kafedrasının müəllimi Tərlan Novrəsli konfrans barədə məlumat verərək, diqqətə çatdırdı ki, tədbirdə «Azərbaycanda turizm müəssisələrində çalışan işçilərin motivasiyası», «Mehmanxana və restoran müəssisələrində xidmətlərin keyfiyyəti və müştəri məmnuniyyəti» və «Mehmanxana və restoran müəssisələrinin təşkilatı və idarəetmə» bölmələri üzrə 57 məruzə dinləniləcək.
Sonra konfrans işini bölmə iclaslarında davam etdirdi. «Azərbaycanda işgüzar turizm, ölkədə turizmlə bağlı problemlərin həlli yolları», «Turizm və hotel işinin təşkilində reklamın rolu», «Turizm sənayesində sərgilərin əhəmiyyəti», «Restoran biznesində işçi heyətin motivasiyası», «Turizmin forma və növləri», «Hotellərdə qidalanma sənayesi», «Qeyri-adi hotellər» və digər mövzularda məruzələr dinlənildi, müzakirələr aparıldı.

 Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar