Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Sosial Xidmətlər Agentliyinin paytaxtımızda fəaliyyət göstərən 1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsində konsert proqramı keçirilib.

Tədbirin məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların asudə vaxtının səmərəli təşkili və onların sosial adaptasiyasına dəstək olmaqdır.

Müəssisədə xidmət göstərilən 100-ə yaxın uşağın iştirak etdiyi konsertdə tanınmış estrada müğənnisi Rüfət Axundov və digər ifaçılar musiqi nömrələri ilə çıxış ediblər.

Əyləncəli proqram uşaqların sevincinə səbəb olub və onlarda unudulmaz təəssürat yaradıb.