Müğənni Anar Ağayev 22-27 avqust tarixlərində Rusiyanın Soçi şəhərində keçirilən gənc ifaçıların “Yeni dalğa – 2024” (“Novaya volna”) beynəlxalq musiqi festivalında III yeri tutub.
Müğənni müsabiqədə Murad Arif və Mikayıl Vəkilovun yazdığı mahnıları ifa edib.
Festivalda ifaçıların çıxışını Rusiyanın Xalq artisti İqor Krutoyun sədrliyi ilə Sergey Lazarev, Larisa Dolina, Yuri Antonov, Ani Lorak, Oleq Qazmanov, İqor Matvienko və Anna Astidən ibarət münsiflər heyəti qiymətləndirib.
Anar Ağayevə diplomu təqdim edən Larisa Dolina və Oleq Qazmanov təmsilçimizə uğurlar arzulayıblar. Bakıda doğulan L.Dolina deyib: “Mən çox şadam ki, siz festivalda belə yüksək yer tutmusunuz. Bundan sonrakı sənət yolunuz açıq olsun. Görkəmli Azərbaycan müğənniləri Rəşid Behbudov, Müslüm Maqomayev, Polad Bülbüloğlunun böyük ənənələri var, onların ənənələrini davam etdirin – bu, çox gözəldir”.
Qeyd edək ki, Anar Ağayev “Bakı payızı – 2023” milli müsabiqəsinin qalibidir.
“Yeni dalğa” mahnı müsabiqəsi ilk dəfə 2002-ci ildə bəstəkarlar İqor Krutoy və Raymond Paulsun təşəbbüsü ilə keçirilib. Festival 2015-ci ilədək Litvanın Yurmala şəhərində təşkil edilib. Həmin tarixdən festivala Soçi ev sahibliyi edir.
Lalə