Sentyabrın 24-də Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Bakıdan Gəncəyə” layihəsi çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının birgə təşkilatçılığı ilə klassik musiqi gecəsi keçiriləcək.
Bu barədə filarmoniyadan məlumat verilib. Bildirilib ki, konsert proqramında Xalq artisti Sevinc İbrahimova, Gəncə Dövlət Filarmoniyasının solistləri Rüstəm Cəfərov, Vasif Bayramov, Elmir Pişnamazzadə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Taleh Yahyayev, Günel Hacıyeva, Səma Həmzəyeva Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa edəcəklər.