Mayın 2-də Azərbaycan Turizm İnstitutunda (ATİ) İsveçrənin Glion və Le Roches universitetlərinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə Les Roches Universitetinin rektoru Sonya Tatar, Glion Universitetinin regional inkişaf şöbəsinin əməkdaşı Yuliya Tokareva iştirak edib.
ATİ-nin rektoru Cəfər Cəfərov qonaqlara institutun tarixi, tədris siyasəti, ixtisasları, gələcək inkişaf perspektivləri haqqında ətraflı məlumat verib. Qonaqlar da öz universitetləri haqqında görüş iştirakçılarını məlumatlandırıblar. Təhsil ocaqları arasında mümkün əməkdaşlıq formaları, tələbə-müəllim mübadiləsi və sair məsələlər barədə fikir mübadiləsi aparılıb.
Görüşün sonunda qonaqlara milli mədəniyyətimizi və adət-ənənələrimizi əks etdirən hədiyyələr təqdim olunub.
Fəxriyyə Abdullayeva