Mədəniyyət Nazirliyinin “Mədəniyyət və yaradıcı sənayelər (MYS) üzrə xüsusi təqaüd proqramı” çərçivəsində bakalavriat və magistratura səviyyələrində xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı 15 avqust tarixində elan olunan sənəd qəbulu davam edir.
Yaşı 15-dən yuxarı olan, yaradıcı potensialını inkişaf etdirmək, MYS üzrə əmək fəaliyyəti ilə məşğul olmaq istəyən, xarici ali təhsil müəssisələrinə qəbul olunmuş və ya öz hesabına təhsilini davam etdirən Azərbaycan Respublikasının vətəndaşları təhsil xərclərinin qarşılanması məqsədilə təqaüd proqramına müraciət edə bilərlər.
Bakalavriat və magistratura səviyyələri üzrə aşağıdakı ixtisaslaşma istiqamətlərində xaricdə təhsilin maliyyələşdirilməsi həyata keçirilir: audiovizual (musiqi, kino (o cümlədən animasiya), videoqrafiya və fotoqrafiya), dəb sənəti, dizayn, kuratorluq, memarlıq, tədbirlərin təşkili, mədəni və yaradıcı sahə üzrə menecment,
nəşriyyatlarla işin təşkili, oyun sənayesi, teatr, komediya və performans,
yaradıcı texnologiyalar.
Sənəd qəbulu 15 sentyabr 2024-cü il tarixinədək davam edəcək.
Təqaüd proqramı ilə bağlı əlavə məlumatı https://culture.gov.az/az/mm/15717 linki vasitəsilə əldə etmək olar. Həmçinin aşağıda qeyd olunan telefon nömrəsi və e-poçt ünvanı ilə əlaqə saxlamaq mümkündür:
012 525 11 28 (daxili: 102 və ya 103)
scholarship@creative.az