Mayın 15-dən 17-dək Bakıda ilk dəfə olaraq Xəzər beynəlxalq kater və yaxtalar sərgisi («CİBS-2014») keçiriləcək. Sərginin təşkilatçısı «Iteca Caspian» şirkətindən aldığımız məlumata görə, tədbirdə su-motor texnikası və müvafiq məhsullar nümayiş etdiriləcək.
«CİBS-2014» bu sahədə yeniliklərin və son nailiyyətlərinin təqdimatı, qarşıdan gələn yaxta mövsümünə hazırlıq üçün mühüm fürsətdir. Sərgi vacib kommunikasiya funksiyası yerinə yetirməklə yanaşı, bazarın təhlili, iki tərəfli işgüzar və ortaq münasibətlərin möhkəmlənməsi baxımında da yaxşı bir imkandır.
«CİBS-2014» ilə yanaşı, 8-ci Azərbaycan beynəlxalq avtomobil və ehtiyat hissələri sərgisi də keçiriləcək.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar