Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) bakalavriat səviyyəsinə qəbul üzrə nəticələr açıqlanıb. Nəticələrə əsasən, AzMİU-nun ümumi qəbul planı 95,59 faiz dolub.

Bu barədə AzMİU-dan məlumat verilib. Qeyd olunub ki, 2470 yerdən 2361-nə tələbə qəbulu həyata keçirilib. II ixtisas qrupu üzrə 100 faiz, qrup üzrə isə 95,59 faiz yerlər tutulub. Bu il 500 və daha yüksək balla AzMİU-ya qəbul olanların sayı keçən illə müqayisədə artıb. Onlardan dördü 600-dən çox bal yığan abituriyentlərdir.