AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsi tərəfindən Qərbi Azərbaycan toponimlərinin müfəssəl lüğəti hazırlanıb. Lüğət Dilçilik İnstitutunun Elmi şurasının qərarı ilə çapa təqdim edilib. Bundan başqa, həmin şöbədə Cənubi Qafqazın, Yaxın və Orta Şərqin Azərbaycan türkləri yaşayan ərazilərinin toponimlər lüğəti hazırlanır.
Bu barədə AMEA-dan bildirilib. Qeyd edilib ki, bununla əlaqədar Dilçilik İnstitutunun şöbə müdiri Elçin İsmayılov Rusiya Federasiyasının Şimali Qafqaz bölgəsinə ezam olunub. O, Kabarda-Balkar və Qaraçay, habelə Dağıstan respublikalarında türkmənşəli toponimləri tədqiq edərək toplayıb. Bu regionun 800 səhifəlik toponimlər lüğəti hazırlığının son mərhələsindədir. Beləliklə, regionumuzun bütün Azərbaycan-türk mənşəli toponimləri artıq elmi səviyyədə tədqiqata cəlb olunub.