2-5 sentyabr tarixlərində UNESCO-nun Parisdəki mənzil-qərargahında “Rəqəmsal Öyrənmə Həftəsi” keçirilib.
Tədbirdə Azərbaycan nümayəndə heyəti də iştirak edib. Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin rəhbərlik etdiyi heyət UNESCO-nun Baş Konfransının sədri Simona Miculescu və UNESCO-nun baş direktorunun təbiət elmləri üzrə müavini Lidiya Brito ilə görüşüb. Görüşlər zamanı UNESCO ilə elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri müzakirə olunub.
“Rəqəmsal Öyrənmə Həftəsi” çərçivəsində Azərbaycan heyəti təhsilin rəqəmsallaşdırılması, süni intellektin təhsildə istifadəsi, yaşıl və rəqəmsal çağırışlar və digər mövzular üzrə plenar sessiyalara qatılıb.