Xəbər verdiyimiz kimi, Özbəkistanda “Böyük əcdadların irsi – Üçüncü İntibahın təməli” VIII Beynəlxalq konqresi (23-26 avqust) keçirilib. Paytaxt Daşkənddə başlayıb Səmərqənddə davam edən konqresə Azərbaycan da daxil olmaqla 35 ölkədən 300-ə yaxın alim, mütəxəssis və tədqiqatçı qatılıb.
Milli Azərbaycan Tarixi Muzeyi də konqresdə təmsil olunub. Muzeyin eksponatların qorunması və qeydiyyatı üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru dosent Məhfuzə Zeynalova tədbirdə “Özbəkistanın mədəni irsi Türk-islam sivilizasiyasının bir hissəsi kimi” adlı məruzə ilə çıxış edib. Alim özbək mədəni irsinin təbliğinə və xalqlar arasında əlaqələrin möhkəmləndirilməsinə töhfə verə biləcək layihələr barədə danışıb.