Masallı rayon Mərkəzi Kitabxanasında dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) anadan olmasının 530 illiyi ilə əlaqədar “Füzuli –Şərqin poeziya nəhəngi” adlı tədbir keçirilib.
Çıxışlarda bildirilib ki, Məhəmməd Füzulinin bənzərsiz yaradıcılığı Türk-müsəlman dünyasında ədəbiyyatın inkişafına öz təsirini göstərib. Onun irsi əbədiyaşarlıq qazanan söz, hikmət xəzinəsidir. Anadilli poeziyamızın mükəmməl nümunələrini yaradan Füzuli Azərbaycan ədəbi dilini zənginləşdirərək zirvələrə yüksəldib. Qeyd olunub ki, Füzuli daha çox Azərbaycan dilində yazılmış əsərləri, xüsusilə də qəzəlləri və eyniadlı Orta Şərqin faciəli sevgi hekayəsinin interpretasiyası olan “Leyli və Məcnun” epik poeması ilə məşhurdur.