AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbiyyatşünaslıq plyus” yaradıcılıq birliyinin əməkdaşı, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, şair İbrahim Yusifoğlunun 70 illiyinə həsr olunmuş “Ömür dastanının boyları” kitabı çapdan çıxıb.

Nəşrin elmi redaktoru filologiya elmləri doktoru, professor Vüqar Əhməd, rəyçiləri filologiya elmləri doktoru, professor Akif İmanlı, filologiya elmləri doktoru Salidə Şərifovadır.

Kitabda İbrahim Yusifoğlunun 70 illiyi münasibətilə yazılan məqalə və şeirlər yer alıb.

AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin kitab yer alan “İbrahim Yusifoğlunun poetik dünyası və uğurları” adlı məqaləsində şairin yaradıcılığı geniş təhlil olunub.