Dövlət Tərcümə Mərkəzi ölkədə dil və tərcümə işinin təkmilləşdirilməsi, peşəkar mütəxəssislərin müəyyən olunması məqsədilə keçirdiyi seçim turlarının növbəti mərhələsini davam etdirir.

Mərkəzdən bildirilib ki, turlar ictimai-siyasi, elmi-texniki, maliyyə, iqtisadiyyat, humanitar, media, tibb, hüquq sahəsi və dillər üzrə ixtisaslaşmış tərcümə mütəxəssislərinin peşə qabiliyyətinin mərhələlər üzrə yoxlanılması və sertifikatlaşdırılması əsasında aparılır.

Turlarda iştirak üçün sənədləri (şəxsiyyət vəsiqəsinin surəti, CV) oktyabrın 31-dək mərkəzin info@aztc.gov.az  ünvanına göndərə, yaxud kağız formatında Bakı şəhəri, Nərimanov rayonu Şahin Mustafayev küçəsi, 27/121A; AZ1033 ünvanına təqdim edə bilərlər.

Mərkəzin elektron poçt ünvanına göndərilən sənədlərin “mövzu” bölümündə dil və tərcümə sahəsi qeyd edilməlidir. Turlarda iştirak ödənişlidir.

Əlavə məlumat üçün bu nömrəyə zəng etmək olar: (+994 12) 566 80 27 (daxili nömrə: 123).