Azərbaycan Rəssamlıq Akademiyası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Rəssamlıq Akademiyasına çevrilmə yolu ilə yenidən təşkil edilir.

Baş nazir Əli Əsədov bununla bağlı Nazirlər Kabinetinin qərarını imzalayıb. Qərarla “Azərbaycan Rəssamlıq Akademiyasının Nizamnaməsi” təsdiq edilib.

Nazirlər Kabinetinin müvafiq qərarları ilə Bakı Slavyan Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək.

Bundan əlavə, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Sumqayıt Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və Lənkəran Dövlət Universiteti də publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək.