Azərbaycan və Türkiyə Mədəniyyət və Turizm nazirlikləri tərəfindən həyata keçirilən layihə əsasında respublikanın turizm potensiallı şəhər və rayonlarında fəaliyyət göstərən mehmanxana və digər yerləşdirmə obyektlərində çalışanlar üçün mütəmadi təlim-tədris kursları təşkil olunur. Növbəti kurslar mayın 26-dan iyunun 2-dək şimal-qərb bölgəsi üzrə İsmayıllı rayonunda keçiriləcək.
Təlim-tədris kursları 4 sahə - idarəçilərin təlimçi olaraq hazırlanması, qeyd-qəbul, xadiməçilik və masa xidməti ixtisaslarını əhatə edəcək. Türkiyədən dəvət olunmuş müəllimlərin aparacağı kursların iştirakçılarına sonda sertifikatlar veriləcək. Qeyd edək ki, bu treninqlər regionlarda fəaliyyət göstərən mehmanxana obyektlərində xidmət səviyyəsinin yüksəldilməsinə və turizmin inkişafına öz töhfəsini verir.
Fəxriyyə