Şuşa şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Sentyabrın 7-də növbəti köç karvanı ilə Şuşaya qayıdan daha 27 ailəyə evlərinin açarları təqdim olunub. Beləliklə, 91 nəfər Şuşa sakini bu gün doğma yurduna qovuşub.
Mərasimdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəsmiləri iştirak ediblər.
Ailələrə yeni mənzillərin açarları təqdim olunub. Doğma yurda qayıdan Şuşa sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə ölkə başçısına təşəkkür ediblər.
Beləliklə, bu ilin may ayından indiyəcən Şuşa şəhərində 204 ailənin (763 nəfər) daimi məskunlaşması təmin olunub.