Azərbaycan sərgidə ilk dəfə təmsil olunacaq

20-22 may tarixində Almaniyanın Frankfurt şəhərində “İMEX-2014" beynəlxalq işgüzar turizm sərgisi keçiriləcək. Sərgidə ölkəmiz Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Konqreslər Bürosu vasitəsi ilə təmsil olunacaq. Sərgi zamanı təşkil olunacaq “Siyasətçilərin forumu”nda Azərbaycan nümayəndə heyətinin rəhbəri, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov iştirak edəcək.
Nümayəndə heyətinin tərkibinə nazirliyin Turizm şöbəsinin və Azərbaycan Konqreslər Bürosunun əməkdaşları daxildir. Həmçinin ölkəmizin sərgidəki guşəsində Azərbaycan Konqreslər Bürosunun tərəfdaş şirkətlərinin nümayəndələri iştirak edəcək. Bu tərəfdaşlar siyahısına "Fairmont Baku", "Hilton Baku", "Hyatt Regency Baku", "JW Marriott Absheron Baku", "Jumeirah Bilgah Beach Hotel", "Kempinski Badamdar" mehmanxanaları və "Millennium Tourism", "Victory tour", "Regea travel" turizm şirkətləri daxildir.
Sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 40 kv.m sahədə lövhə quraşdırılıb və sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis və alman dillərində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunub. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri ilk dəfə "İMEX" beynəlxalq işgüzar turizm sərgisində iştirak edəcək. Rəsmi məlumatlara əsasən, ötən il bu tədbirə 157 ölkədən 3500-ə yaxın iştirakçı qatılıb.

 Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar