Azərbaycan Respublikasının Nazirlər Kabineti XX əsr Azərbaycan memarlığının görkəmli nümayəndələrindən biri, əməkdar inşaatçı, SSRİ Dövlət mükafatı laureatı Nəsrulla Yaqub oğlu Kəngərlinin xatirəsini əbədiləşdirmək məqsədilə qərar qəbul edib.
Baş nazir Əli Əsədovun imzaladığı 5 sentyabr 2024-cü il tarixli, 394 №-li qərara əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə Nəsrulla Yaqub oğlu Kəngərlinin Bakı şəhərində yaşadığı binaya (İnşaatçılar prospekti ilə Bəsti Bağırova küçəsinin kəsişməsində yerləşən) xatirə lövhəsinin vurulmasını təmin etmək tapşırılıb.