BMT Baş Assambleyasının 78-ci sessiyasında Türkmənistanın təşəbbüsü və təşkilata üzv dövlətlərin dəstəyi ilə “Birləşmiş Millətlər Təşkilatının Dostluq Oyunları” adlı qətnamə qəbul edilib.

Türkmənistan mediası xəbər verir ki, qətnaməyə ümumilikdə 87 ölkə səs verib.

“BMT Baş Assambleyası Türkmənistanda idmanın, bədən tərbiyəsi və sağlamlıq hərəkatının inkişafı, bu sahədə dövlətlər və xalqlar arasında əməkdaşlığın inkişafı istiqamətində görülən işləri alqışlayıb və dəstəkləyib”, – deyə məlumatda qeyd olunur.