«Hilton Baku» hotelinin nümayəndələri tələbələrlə görüşüblər

«Karyera həftəsi» layihəsi çərçivəsində «Hilton Baku» hotelinin nümayəndələrinin Azərbaycan Turizm İnstitutunun tələbələri ilə görüşü təşkil edilib.

ATİ-nin mətbuat xidmətindən aldığımız məlumata görə, hotelin baş meneceri Todori Kalamaris əvvəlcə institutun rektoru, professor Cəfər Cəfərovla görüşüb. Rektor qonağa təhsil ocağı barədə məlumat verib, dünyanın aparıcı brendlərindən olan hotelin rəhbəri ilə görüşün ATİ tələbələri üçün çox faydalı olacağını deyib.
Təqdimat-seminar formatlı tədbirdə baş menecer Todori Kalamaris və «Hilton Baku»nın insan resursları şöbəsinin koordinatoru Rəşad Hüseynzadə hotel şəbəkəsinin tarixindən, fəaliyyət devizindən söz açıblar. Bildirilib ki, əsası 95 il əvvəl ABŞ-da Konrad Hilton tərəfindən qoyulan hotel şəbəkəsi «Dünyanı qonaqpərvərlik işığı və istisi ilə sevindirək» devizinə hər zaman sadiq qalıb.
Görüşdə tələbələrin «Karyeranı əsasən necə qurmaq olar», «Hilton Baku»da çalışmaq üçün başlıca şərt nədir», «Komanda deyilən heyətdə bizləri görmək istərdinizmi», «Hotellərdə vəzifə bölgüsü necə aparılır» kimi sualları cavablandırılıb. Eyni zamanda CV-lərin tərtib edilməsi qaydaları və müsahibə zamanı özünü təqdim etmək bacarığı barədə tələbələrə ətraflı məlumat verilib.

 Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar