Slovakiyalı mütəxəssislər cəlb edilib

 

Ağdamın işğaldan azad olunan Baş Qərvənd kəndinin yenidən qurulmasında “ağıllı kənd” layihəsi icra ediləcək. Hazırda kənddə söküntü və şaquli planlaşdırma işləri yekunlaşmaq üzrədir.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi bildirib ki, kənddə tətbiq ediləcək “ağıllı həllər” Azərbaycan dövlətinin vəsaiti ilə Slovakiyanın mütəxəssisləri və mühəndisləri tərəfindən reallaşdırılacaq.

Layihə çərçivəsində ümumilikdə ərazisi 476 hektar olan kəndin tamamilə yenidən qurulması nəzərdə tutulur. Birinci mərhələdə burada 275 hektar ərazidə 851 evin tikintisi planlaşdırılır.

“Burada “ağıllı texnologiyalar”dan istifadə ediləcək. Tullantıların utilizasiyası, “yaşıl enerji”dən istifadə və kanalizasiya təmizləmə qurğusu quraşdırılacaq. Bütün növ qənaətli texnologiyalar “ağıllı kənd” konsepsiyası çərçivəsində tətbiq ediləcək. Təbii materiallardan olan evlərin inşası, həmçinin evlər üçün smart texnologiyaların istifadəsi də nəzərdə tutulur.