Mədəniyyət və Turizm Nazirliyi Xarici İşlər Nazirliyi ilə birgə Azərbaycanda fəaliyyət göstərən 30 ölkənin diplomatik nümayəndəliyinin təmsilçiləri üçün Quba və Qusar rayonlarına infotur təşkil edib.
Mayın 20-də Quba rayonunda olan diplomatlar rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevlə görüşüblər. Qonaqlara Qubanın tarixi, təbiəti və turizm potensialı haqqında məlumat verilib. Daha sonra diplomatlar Qubada «Yaşıl Teatr»da incəsənət ustalarının çıxışlarını izləyiblər.
Günün ikinci yarısında qonaqlar rayonun turizm imkanları ilə tanış olub, Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.
Mayın 21-də isə diplomatların Qusar rayonu ilə tanışlığı planlaşdırılır. Qeyd edək ki, infoturun məqsədi səfirliklərin nümayəndələrini Azərbaycanın, xüsusilə də Quba-Qusar bölgəsinin zəngin turizm potensialı, tarix-memarlıq abidləri, milli mətbəxi və adət-ənənələri ilə tanış etməkdir. Bu cür turların mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.

 Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar