Bu il Şuşada 1 nömrəli məktəbin açılması ilə yanaşı, Xocalı, Xankəndi və Cəbrayıl şəhərlərində, habelə Laçın rayonunun Sus kəndində məktəblərimiz fəaliyyətə başlayacaq. Bununla da 10-a yaxın məktəbimizin fəaliyyəti təmin ediləcək.
Bunu jurnalistlərə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, Ağdərə rayonunun Suqovuşan kəndində və Kəlbəcər şəhərində tikilən məktəblərdə tədris sakinlərin köç prosesinin vaxtına uyğun olmaqla oktyabr və noyabr aylarında başlayacaq. Hazırda işğaldan azad edilmiş ərazilərdə yeni məktəblərin tikintisi davam etdirilir. 2025–2026-cı illərdə daha çox məktəbin fəaliyyətə başlaması nəzərdə tutulur.