Türkiyənin Əskişəhər valiliyi tərəfindən nəşr olunmuş “Türk dünyası atlası” kitab - albomunda Azərbaycan Respublikasının əhalisi, ərazisi, qədim abidələri, dövlətçilik tarixi, təbii ehtiyatları və s. barədə oxuculara müfəssəl məlumat çatdırılır.
Əskişəhərin 2013-cü ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan olunması ilə əlaqədar həyata keçirilən layihələr çərçivəsində çap olunan kitabda türk xalqlarının dünya tarixindəki yeri və rolu, ilk yaşam məskənləri, tarixi şəxsiyyətləri barədə zəngin informasiyalar yerləşdirilib. Kitabda müstəqil türkdilli dövlətlər, həmçinin ayrı-ayrı dövlətlərin daxilində olan türkdilli muxtar respublikalar və vilayətlər barədə də məlumatlar əldə etmək mümkündür.
Nəfis tərtibatda və yüksək dizaynla çap olunan kitab tədqiqatçılar üçün də əsaslı mənbədir. Kitabın elektron versiyası CD-də alboma daxil edilib.

 Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar