AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu Dilçilik şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Nuray Əliyevanın “Naxçıvan şivələri (fonetika, morfologiya, sintaksis)” adlı monoqrafiyasının I cildi nəşr olunub.
Kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev, rəyçiləri professorlar İbrahim Bayramov və Məhərrəm Məmmədlidir.
“Əcəmi” nəşriyyatında çap olunan monoqrafiya giriş, “Naxçıvan şivələrinin fonetikası”, “Naxçıvan şivələrinin morfologiyası”, “Naxçıvan şivələrinin sintaksisi” adlı fəsillər və nəticədən ibarətdir.
Nəşrdə Naxçıvan şivələri fonetik, morfoloji və sintaktik cəhətdən araşdırmaya cəlb olunub. Tədqiqat təsviri, müqayisəli və tarixi-müqayisəli metodlardan istifadə olunmaqla aparılıb. Müəllif Naxçıvan şivələrinin fonetika və qrammatikasına dair faktları qədim yazılı abidələrimiz, ilk anadilli nümunələrimiz, qohum dillər və onların dialektləri müstəvisində izah edib.