«Şəfəq» Ekoturizm İctimai Birliyi Masallı rayonunda «Bələdçi (gid) xidməti sahəsində peşəkar gənclərin hazırlığı» mövzusunda təlim-təcrübə proqramı həyata keçirib.
Tədbir Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi «Region gənclərinin turizm sahəsində bacarıqlarının artırılmasına dəstək» layihəsi çərçivəsində reallaşıb. Dördgünlük təlim-təcrübə proqramında 15 rayondan 18 gənc iştirak edib.
İctimai birliyinin sədri Vamiq Babayev layihənin əhəmiyyətindən danışıb, «Azərbaycan Respublikasının 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı» və «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı»nın müvafiq bəndləri haqqında iştirakçılara məlumat verib.
Təlimçilər Səbinə İsmayıllı və Südabə Babazadə iştirakçılara turizm anlayışı və səyahət, turizmin sahələri və tipləri, Azərbaycanda turizm və yardımçı sektorlar, bələdçilik fəaliyyəti, bələdçilik və ekskursiya, bələdçi-turist münasibətləri və digər mövzularda məlumat veriblər, müzakirələr aparılıb.
Təlimin sonuncu günü iştirakçılar üçün Masallı rayonundakı Hışkədərə muzeyinə və İstisu bulağına, Yardımlı rayonundakı Təkdam şəlaləsinə təcrübə xarakterli ekskursiyalar təşkil olunub.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar