Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyi Xarici İşlər Nazirliyi ilə birgə Azərbaycanda fəaliyyət göstərən 30 ölkənin diplomatik nümayəndəlikləri üçün Quba və Qusar rayonlarına infotur təşkil edib. İnfotur iştirakçıları mayın 20-də Quba rayonunun zəngin turizm potensialı, tarix-memarlıq abidləri, milli mətbəxi, adət və ənənələri ilə tanış olub.
Mayın 21-də Qusar rayonuna səfər edən diplomatlar və onların ailə üzvləri əvvəlcə Şahdağ Qış-Yay Turizm Kompleksinə baş çəkib, burada yaradılmış geniş turizm imkanları ilə maraqlanıblar.
Daha sonra Qusar Mədəniyyət Evində qonaqlara yerli incəsənət ustalarının ifasında konsert proqramı təqdim edilib. Heydər Əliyev Mərkəzində, Rəsm Qalereyasında və Tarix-Diyarşünaslıq Muzeyində olan infotur iştirakçıları Qusardan xoş təəssüratlarla ayrılıblar.
Qeyd edək ki, xarici diplomatları Azərbaycanın zəngin turizm potensialı, tarix-memarlıq abidləri, milli mətbəxi və adət və ənənələri ilə tanış etmək məqsədilə bu turların mütəmadi keçirilməsi nəzərdə tutulur.

Fəxriyyə Abdullayeva








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar