Özbəkistan Milli Simfonik Orkestri dirijor Alibey Kabdurahmanovun idarəsilə Londonun ən böyük teatrlarından sayılan Kolizey Teatrında çıxış edib.
Bu konsert həm də məşhur bəstəkar-pianoçu Kirill Rixterin “Zamanın qum dənələri” multimedia şousunun Britaniya premyerası olub. Konsertdə musiqi, vizual effektlər və video instalyasiyalar üzvi surətdə təqdim edilib.
Bəstəkarın yaratdığı “The Richter Trio” ansamblı Özbəkistan Milli Simfonik Orkestri ilə səhnəni paylaşıb. Konsert proqramında Rixterin seçilmiş əsərləri, o cümlədən onun “Chropos” debüt albomundan pyeslər, həmçinin futbol üzrə dünya çempionatı və Olimpia oyunları üçün bəstələdiyi himnlər səslənib.
Gülcahan