Mayın 24-də Masallı Rayon İcra Hakimiyyətinin və Mədəniyyət və Turizm Şöbəsinin dəstəyi ilə «Viləş» mehmanxanasında turizm sərgisi keçiriləcək.

Mədəniyyət və Turizm Şöbəsinin müdiri Lətifə Mövsümovadan aldığımız məlumata görə, artıq dördüncü ildir ki, rayonda yay turizm mövsümünə belə bir sərgi ilə start verilir: “Ötən illərdə olduğu kimi, budəfəki sərgiyə də diqqət böyükdür. Rayonda fəaliyyət göstərən 20 turizm obyekti sərgidə iştirak edəcək. Hər il Mədəniyyət və Turizm Nazirliyinin, rayon İcra Hakimiyyətinin nümayəndələri, Milli Məclisin deputatları, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri sərgini ziyarət edir, istirahət mərkəzlərinin təklif etdiyi xidmətlərlə tanış olur. Sərgidə nümayiş etdirilən el sənətkarlarının əl işləri, müxtəlif eksponatlar da maraqla qarşılanır».
Şöbə müdirinin bildirdiyinə görə, əlverişli təbii şəraitə malik Masallı rayonu beynəlxalq standartlara cavab verən turist xidməti göstəricilərinə, yerli və xarici qonaqları qəbul etmək imkanlarına malikdir: “Rayonumuzdakı 31 turist obyektində 1000-dən çox yerləşdirmə yeri var. Bu obyektlərin 26-sı Mədəniyyət və Turizm Nazirliyinin lisenziyası əsasında işləyir. Ötən il Masallıya 21 mindən çox turist gəlib ki, onların da təxminən min nəfəri xarici ölkə vətəndaşları olub. İstirahət mərkəzlərinə İrandan, Türkiyədən qonaqlar gəlirlər, eləcə də ölkəmizdə fəaliyyət göstərən səfirliklərin əməkdaşları burada istirahət edirlər”.

Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar