Olaylar, faktlar (21 – 24 sentyabr)
119 il əvvəl...
24 sentyabr 1905-ci ildə Norveç İsveç Krallığından ayrılaraq müstəqil dövlət olub. İsveç-Norveç uniyası (ittifaqı) 1751-ci ildə bağlanmışdı. Həmin ittifaqadək Danimarka Krallığının nəzarəti altında olan Norveç İsveçlə uniya bağladıqdan sonra nisbi özünüidarə hüququ qazanmışdı. Müstəqilliyini elan edəni Norveçin ilk kralı isə danimarkalı VII Haakon oldu. Danimarka Norveçin ərazisi sayılan Qrenlandiyanı da nəzarətində saxladı.
116 il əvvəl...
22 sentyabr 1908-ci ildə Bolqarıstan Osmanlı imperiyasının tərkibindən çıxaraq müstəqilliyini elan edib. XIV əsrin sonundan Osmanlının nəzarətinə keçən Bolqarıstan 1877–1878-ci illərin Rusiya-Türkiyə müharibəsindən sonra muxtar knyazlıq statusu almışdı.
92 il əvvəl...
23 sentyabr 1932-ci ildə Səudiyyə Ərəbistanı Krallığı yaranıb. Ərəbistan yarımadasında geniş sahəni (2,15 milyon kv km) əhatə edən Səudiyyə tayfalarının birləşmə prosesi XIX əsrin əvvəlində başlamışdı. 1927-ci ildə İbn Səud Hicaz, Hecd və s. bölgələri birləşdirdi, beş il sonra Səudiyyə Ərəbistanı krallıq elan edildi.
60 il əvvəl...
21 sentyabr 1964-cü ildə Britaniyanın müstəmləkəsi olan Malta müstəqilliyini elan edib. Aralıq dənizindəki ada-dövlət Malta 1800-cü ildə ingilislərin nəzarətinə keçmiş və burada Britaniyanın hərbi dəniz bazası qurulmuşdu. Müstəqillik əldə etsə də, Malta formal olaraq Britaniya Birliyinə daxildir.
63 il əvvəl...
22 sentyabr 1960-cı ildə Fransanın Qərbi Afrikadakı müstəmləkəsi olan Mali müstəqilliyini elan edib. Mali 1890-cı ildən Fransanın nəzarətində (Fransa Sudanı adı ilə) idi.
44 il əvvəl...
22 sentyabr 1980-ci ildə İraq-İran müharibəsi başlayıb. İraq qoşunları İranla sərhəddə Şatt əl-Ərəb çayını nəzarətə götürməsi müharibənin faktiki səbəblərindən idi. 8 il sürən və iki tərəfdən 1 milyondan çox insanın öldüyü müharibədə qalib olmadı. İki ölkənin sərhədində 1980-ci ilədək mövcud olan status-kvo bərpa edildi.
35 il əvvəl...
23 sentyabr 1989-cu ildə Azərbaycan SSR Ali Soveti “Azərbaycan SSR-in dövlət suverenliyi haqqında” Konstitusiya qanunu qəbul edib. Sənəddə qeyd olunurdu ki, ittifaq (SSRİ) səviyyəsində qəbul olunmuş qanunvericilik aktı Azərbaycanın suverenliyinə xələl gətirərsə, onun respublika ərazisində qüvvəsi dayandırılır.
31 il əvvəl...
24 sentyabr 1993-cü ildə Azərbaycan Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olub. Moskvada MDB dövlət başçılarının sammitində iştirak edən Ali Sovetin sədri, Prezident səlahiyyətlərini icra edən Heydər Əliyev ölkəmizin quruma üzvlüyü barədə sənədləri imzalayıb.
Hazırladı: V.Orxan