“Əsrin müqaviləsi” adı ilə tarixə yazılmış Azərbaycanın ən böyük transmilli neft müqaviləsinin 30 illiyi münasibətilə Milli Kitabxanada “Əsrin müqaviləsi-30” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Kitabxanadan bildirilib ki, ənənəvi sərgidə Azərbaycanın neft salnaməsi, Ulu Öndər Heydər Əliyevin neft strategiyası, Prezident İlham Əliyev və Azərbaycanın neft diplomatiyası, Azərbaycan nefti dünya siyasətində, Neft Daşları, iqtisadiyyat və s. mövzularda Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.
Ənənəvi sərgi bir həftə davam edəcək.