Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə birgə respublikanın turizm potensiallı şəhər və rayonlarında fəaliyyət göstərən mehmanxana və digər yerləşdirmə obyektlərində çalışanlar üçün mütəmadi təlim-tədris kursları təşkil olunur. Belə tədbirlərin uğurlu nəticələri nəzərə alınaraq iyunun 3-də şimal bölgəsi üzrə təlim-tədris kurslarının növbəti mərhələsi başlanıb. Kurslar iyunun 10-dək Xaçmaz rayonunda keçiriləcək.
Təlim-tədris kursları 4 istiqamətdə - idarəçilərin təlimçi olaraq hazırlanması, qeyd-qəbul, xadiməçilik və masa xidməti ixtisasları üzrə təşkil olunub. Dərsləri Türkiyədən dəvət olunmuş müəllimlər tədris edir. Sonda kurs dinləyicilərinə sertifikatlar veriləcək. Bu treninqlər regionlarda fəaliyyət göstərən mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərində xidmət səviyyəsinin yüksəldilməsinə və bu da öz növbəsində turizmin inkişafına öz töhfəsini verir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar