İyunun 2-də UNESCO-nun mənzil iqamətgahındakı restoranda Azərbaycan mətbəxi günləri başlayıb. Nüfuzlu beynəlxalq təşkilatda zəngin Azərbaycan mətbəxini məşhur “Buta Palace” restoranının aşpazları təqdim edirlər.

Restoranın baş direktoru Mikayıl Zeynalov layihənin Heydər Əliyev Fondunun və ölkəmizin UNESCO yanındakı daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə reallaşdığını deyib: “Sevindirici haldır ki, xalqımızın mətbəx nümunələrini təqdim etmək məhz “Buta Palace” restoranına etibar edilib. Bu etimadı layiqincə doğrultmaq üçün restoranın baş aşpazı Oqtay Cəfərovun rəhbərliyi altında Alim Daşdəmirov, Anar Qubatov, Aqil Abbasov və Zaur Vazehi kimi təcrübəli aşpazlar əllərindən gələni əsirgəmirlər. Aşpazlarımız müştərilərə salatlar, dovğa, düşbərə, dolmalar, kabab və xalqımızın ən sevimli xörəyi hesab edilən şah plovu təqdim edirlər”.
Baş direktorun sözlərinə görə, müştərilər ilk gündən milli mətbəximizin nümunələrinə və ümumilikdə ölkəmizə böyük maraq göstərirlər: “Biz onları maraqlandıran suallara ətraflı cavab verir, mətbəximizə dair məlumatların əks olunduğu disklər paylayırıq”.
UNESCO-dakı restoranın müdiri Cyril Ogapfel də Azərbaycan mətbəx nümunələrini yüksək qiymətləndirib: “Mənə dedilər ki, şah plov azərbaycanlıların süfrəsinin bəzəyidir. Toylarınız plovsuz ötüşə bilməz. Bu, artıq xalqınızın qədim ənənələrinin təcəssümüdür”. Aralıq dənizi sahillərində yerləşən ölkələrin milli mətbəxi ilə tanış olduğunu deyən Cyril Ogapfel Azərbaycan yeməklərinin dadına, çeşidinə görə onlardan tamamilə fərqləndiyini xüsusilə vurğulayıb.
UNESCO-da Azərbaycan mətbəxi günləri iyunun 6-dək davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar