Azərbaycan Turizm İnstitutunun (ATİ) rektoru, professor Cəfər Cəfərov Qafqaz Universitetlər Birliyinin təşkilatçılığı ilə Türkiyənin Ankara şəhərində keçirilən «Qafqazın gələcəyində enerjinin rolu, bölgə ölkələrinin həmrəyliyi» mövzusunda konfransın iştirakçısı olub. ATİ-nin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Türkiyə, Azərbaycan, İran, Qırğızıstan və Gürcüstanın ali məktəblərinin rektorları iştirak edib. Tibb, humanitar elmlər və fənn üzrə araşdırmaların yekun nəticələrinə dair məruzə-çıxışlar dinlənilib.
Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldızın «Qloballaşan dünyada enerjinin rolu: Qafqaz misalı» mövzusuna dair məruzəsi maraqla qarşılanıb. Konfrans çərçivəsində təhsil ocaqları arasında əməkdaşlıq müqavilələri imzalanıb.
Onu da qeyd edək ki, Azərbaycan Turizm İnstitutu da “Mövlanə mübadilə proqramı” çərçivəsində əməkdaşlıq etdiyi universitetlərin şəbəkəsini genişləndirib. Hazırda ATİ-nin Türkiyənin Ordu, Beykent, Nevşehir, Uşak universitetləri və Şimali Kipr Türk Cümhuriyyətinin Yaxın Şərq Universiteti ilə əməkdaşlıq müqavilələri var.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar