Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin (RMİ) təşkilatçılığı ilə “Xalqın mədəni sərvəti” layihəsini təqdim edir. 1-3 oktyabr tarixlərini əhatə edən layihə bu dəfə Azərbaycan xanəndəlik məktəbinin görkəmli nümayəndəsi, Xalq artisti Seyid Şuşinskiyə (1889–1965) həsr olunub.

Layihə çərçivəsində Gəncə-Daşkəsən RMİ-nin tabeliyində fəaliyyət göstərən musiqi məktəblərində, Gəncə Dövlət Filarmoniyasında konsert proqramları keçiriləcək.

Xatırladaq ki, “Xalqın mədəni sərvəti” layihəsi bundan öncə Fikrət Əmirov (8-14 yanvar), Qara Qarayev (14-16 fevral), Cabbar Qaryağdıoğlu (27-29 mart) və Süleyman Ələsgərova (15-20 aprel) həsr olunmuşdu.