Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Mədəniyyət və Turizm Nazirliyi ilə birgə respublikamızın turizm potensiallı şəhər və rayonlarında fəaliyyət göstərən mehmanxana və digər yerləşdirmə obyektlərində çalışanlar üçün mütəmadi təlim-tədris kursları təşkil edir.

Belə tədbirlərin uğurlu nəticələri nəzərə alınaraq, xidmət sahəsi üzrə təlim-tədris kurslarının 2014-cü il üçün növbəti mərhələsi şimal bölgəsi üzrə iyunun 3-dən 10-dək Xaçmaz rayonunda keçirilib. İyunun 10-da kursların dinləyicilərinə sertifikatlar təqdim olunub.
Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Regionlarda turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanovdan aldığımız məlumata görə, təlim-tədris kursları 4 istiqamət - idarəçilərin təlimçi olaraq hazırlanması, qeyd-qəbul, xadiməçilik və masa xidməti ixtisasları üzrə təşkil olunub. Dərsləri Türkiyədən dəvət olunmuş müəllimlər tədris edib.
Sektor müdiri bildirdi ki, bu kursların birinci mərhələsi Azərbaycanın şimal-qərb bölgəsi üzrə İsmayıllı rayonunda keçirilib. İkinci mərhələ isə şimal bölgəsi üzrə Quba, Qusar, Xaçmaz və Xızı rayonlarını əhatə edib: «Kurslarda bu rayonlarda fəaliyyət göstərən mehmanxanaların 140 nəfər əməkdaşı iştirak edib. Mədəniyyət və Turizm Nazirliyi olaraq biz belə treninqlərə böyük önəm veririk. Hesab edirik ki, bu tədbirlər regionlarda fəaliyyət göstərən mehmanxana və digər yerləşdirmə obyektlərində xidmət səviyyəsinin yüksəldilməsinə, bu isə öz növbəsində ölkəmizdə turizmin inkişafına öz töhfəsini verəcək».
Mahir Qəhrəmanov onu da qeyd etdi ki, kursların davamlı olması və növbəti mərhələlərdə Azərbaycanın digər bölgələrində də təşkili nəzərdə tutulur.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar