Dünya Turizm Təşkilatı İcraiyyə Şurasının sessiyasında Azərbaycanın təklifi qəbul olunub

Xəbər verdiyimiz kimi, 5-6 iyun tarixində İspaniyanın Santiaqo de Kompostela şəhərində Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatının (UNWTO) İcraiyyə Şurasının 98-ci sessiyası keçirilib. Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev, nazirliyin Turizm şöbəsinin müdir müavini Rauf Paşayev və Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev iştirak ediblər.
Sessiya çərçivəsində "Regional inkişafın dəstəklənməsi və inteqrasiyasında turizm marşrutlarının rolu" mövzusunda müzakirələr aparılıb və nazir müavini Nazim Səmədov çıxış edib. O, çıxışında viza rejiminin sadələşdirilməsi, nəqliyyat infrastrukturunun inkişafı, birgə marketinq kampaniyalarının keçirilməsi və s. mövzulara toxunub.
Bununla yanaşı, nazir müavini növbəti toplantının gündəliyinə işğal olunmuş ərazilərin turizm baxımından təbliğatının qarşısının alınması ilə bağlı xüsusi bəndin salınmasını və bununla bağlı Azərbaycan tərəfindən müvafiq qətnamə layihəsinin hazırlanmasını təklif edib. Təklif tədbir iştirakçıları tərəfindən qəbul edilib. Qeyd olunan qətnamə layihəsi İcraiyyə Şurasının Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək 99-cu sessiyasında müzakirə olunacaq. Qətnamə qəbul olunduğu halda Dağlıq Qarabağdakı separatçı rejim nümayəndələrinin beynəlxalq turizm sərgilərində iştirakının qarşısı alınacaq.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar