Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin (RMİ) və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Lerik rayon komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə Vətən müharibəsinin şəhidi Tural Əhmədovun Lerik rayonunun Anbu kəndindəki ata ocağı ziyarət olunub. Tural Əhmədovun valideynləri ilə görüş zamanı şəhidə həsr olunmuş guşəyə baxış keçirilib.

***

Astara rayon Mərkəzi Kitabxanası Uşaq şöbəsinin təşkilatçılığı ilə M.Ə.Sabir adına şəhər 1 saylı tam orta məktəbdə “Nağıl saatı” keçirilib. Uşaq şöbəsinin əməkdaşı şagirdlərə “Qızıl payız və kirpi”, “Siçan və pişik” nağıllarını danışıb. Sonda nağılları daha diqqətlə dinləyən və yaxşı danışan şagirdə jurnal hədiyyə edilib.

***

Vətən müharibəsi şəhidi Nurlan Rəhimovun şəhadətə qovuşmasının dördüncü ildönümü münasibətilə Astara şəhər O.Kazımi adına Uşaq musiqi məktəbinin kollektivi qəhrəmanın ailəsini ziyarət edib. Ziyarət zamanı mədəniyyət işçiləri şəhidin ailə üzvləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıblar.

Hazırladı: N.Məmmədli