İsveçrənin “Tagblatt” qəzetində jurnalist Ester Elionor Haldimanın “Bakı yüksəliş yolundadır” sərlövhəli məqaləsi dərc olunub.
Azərbaycanın İsveçrədəki səfirliyindən bildiriblər ki, məqalədə Bakının nəhəng tikinti meydançasını xatırlatdığı bildirilir. Qeyd edilir ki, şəhər sürətlə böyüyür. Qala divarları ilə Xəzər dənizinin sahilinə qədər uzanan və UNESCO-nun dünya mədəni irs siyahısına daxil edilmiş İçərişəhərin ətrafında çoxlu müasir binalar inşa edilib. Bu inkişaf metronun yeni stansiyalarının, yeni muzeylərin, müasir biznes mərkəzlərinin və lüks hotellərin tikilməsinə səbəb olub.
Cənubi Qafqazın ən böyük və eksklüziv hoteli bir ildən çoxdur ki, Bakıda fəaliyyət göstərir. İçərişəhərdən baxanda adamı heyran qoyan “Fairmont Baku” hotelindən şəhərə əla panoram açılır. Gecələr işıqlandırılan alov formasındakı qüllələr Azərbaycanın “Odlar Yurdu” olmasının rəmzidir.
Məqalədə qeyd edilir ki, belə gözəl hotellər Bakıda çoxdur. Son bir neçə ildə Bakıya gələn turistlərin sayı iki dəfə artıb. Hazırda Bakı Cənubi Qafqazın çox vacib iqtisadi, siyasi və mədəni mərkəzlərindən birinə çevrilib. Yazıda Bakının lüks hotellərinin internet ünvanları verilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar