Dünya aviasiya sektorunda gəlirlər azalır

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (İATA) dünya iqtisadiyyatında durğunluğun və Çində iqtisadi inkişafın zəifləyəcəyinə dair proqnozların aviasiya sektorunun gəlirlərinə mənfi təsir edəcəyini açıqlayıb. Assosiasiya aviaşirkətlərin 2014-cü ildə ümumi gəlirlərinin 746 milyard, mənfəətinin isə 18 milyard dollar olacağını təxmin edir.
İATA-nın baş direktoru Toni Tyler bildirib ki, artan infrastruktur xərcləri, ağır vergi və bahalı servislər aviasiya sektoru üzərində yükün artmasına səbəb olacaq. Beləliklə, 2014-cü ildə yalnız 2,4 faizlik mənfəət əldə ediləcək ki, bu da hər sərnişin hesabı ilə 6 dollardan da az gəlir deməkdir. Qeyd edək ki, İATA 240 aviaşirkəti birləşdirir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar