AMEA Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru, professor İsmayıl Kazımovun “Mahmud Kaşğari “Divan”ı və çağdaş türk dilləri” kitabı çap olunub.
Kitabda Mahmud Kaşğarinin “Divan”ında sözün fonetik, qrammatik, leksik-semantik yöndə tarixi-genetik və struktur-funksional xüsusiyyətləri nəzərdən keçirilib. Əsərdə “Divan”ın türkoloji dilçiliyin formalaşması və inkişafındakı rolu, çağdaş türk dillərinə, dialektlərinə təsiri öyrənilib. Kitab 3 bölmədən ibarətdir. Bölmələrdə “Divan”ın fonetik, leksik və morfoloji özəllikləri araşdırılıb.
Nəşrin redaktoru professor Nadir Məmmədli, rəyçiləri filologiya elmləri doktoru Şəbnəm Həsənli-Qəribova və dosent Qətibə Quliyevadır.