Azərbaycan Turizm İnstitutunda yekun dövlət imtahanı, buraxılış işlərinin və magistrlik dissertasiyalarının müdafiəsi başa çatıb. ATİ-nin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, ali təhsil müəssisəsində 11 ixtisas üzrə 221 nəfər (bakalavr və magistr pilləsi üzrə) məzun adını qazanıb. Tələbələrdən 28 nəfər buraxılış işi, 21 nəfər isə magistrlik dissertasiyasını uğurla müdafiə edib. İki nəfər magistrant ATİ-ni fərqlənmə diplomu ilə bitirib.
Qeyd edək ki, iyulun 10-da Azərbaycan Turizm İnstitutunda 5-ci məzun buraxılışı mərasimi olacaq.
Fəxriyyə