İyunun 24-25-də Qazaxıstanın Almatı şəhərində şəhər Turizm Departamentinin himayəsi, Qazaxıstan Hotellər və Restoranlar Assosiasiyasının dəstəyi ilə beynəlxalq hotel forumu keçirilib. Forumda ölkəmizi DAİR Hotellər və Restoranlar Assosiasiyası idarə heyətinin sədri Samir Dübəndi təmsil edib.

Səfər barədə danışan həmsöhbətim bildirdi ki, tədbirdə beynəlxalq hotelçilik bazarının inkişaf tendensiyaları, brendinqin qüvvəsi, idarəetmədə innovasiyalar, hotelçilik bazarının inkişafını stimullaşdıran mexanizmlər müzakirə edilib. Onun sözlərinə görə, ilk dəfə keçirilən foruma Fransa, BƏƏ, Türkiyə, Rusiya, Ukrayna və Azərbaycandan ekspertlər qatılıb.
Plenar sessiyalar, açıq müzakirələr və master klasslarla yanaşı, forum iştirakçıları «2013-cü ilin ən yaxşı hoteli» milli müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində iştirak ediblər. Forum çərçivəsində həmçinin Qazaxıstanın «Kok Zhailau» dağ-xizək kurortunun təqdimatı keçirilib, «Amadeus» və «Abacus» elektron satış sistemləri vasitəsilə satış üsulları müzakirə olunub.
Forumun «Hotelçilik biznesinin inkişafında yeni tendensiyalar» adlı sessiyasında çıxış edən Samir Dübəndi Qazaxıstan və Azərbaycan arasında turistlərin və hotelçilik sahəsində çalışan mütəxəssislərin mübadiləsi məsələsinə və iki ölkənin hotelçilik bazarlarının bir sıra problemlərinə toxunub. Eyni zamanda təklif edib ki, beynəlxalq forumun növbəti iclası Azərbaycanda keçirilsin.
DAİR Hotellər və Restoranlar Assosiasiyasının rəhbəri səfər zamanı Türkiyə, Macarıstan, Rusiya, Qırğızıstan və Qazaxıstandan olan həmkarları, «EXPO-2017» beynəlxalq sərgisinin təşkilat idarəsinin rəhbəri Akmaral İsembayeva ilə işgüzar görüşlər də keçirib. Müsahibim bildirdi ki, belə tədbirlərdə iştirak Azərbaycanın digər ölkələrlə turizm əlaqələrinin daha da genişlənməsinə və ölkə turizminin təbliğinə xidmət edir.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar